• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda GPS sisteminin quraşdırılması başa çatdı

Avtobuslarda GPS sisteminin quraşdırılması başa çatdı
13.01.2017 12:23
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın marşrut avtobuslarında GPS sisteminin quraşdırılmasını yekunlaşdırıb.
 
ANN.Az xəbər verir ki, bu barədə Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda sistemin yoxlanış mərhələsi həyata keçirilir:

"Sərnişin avtobuslarında GPS sisteminin quraşdırılması quraşdırlması ilə bağlı işlər yekunlaşıb və sistem test mərhələsindədir. Yaxın günlərdə GPS sistemi ictimayyətə təqdim ediləcək".

M.Ağayev qeyd edib ki, bu sistemin imkanları həm marşrut şəbəkəsində, həm də ümumi paytaxtın nəqliyyat sistemində illərdən bəri mövcud olan problemlərin həllinə imkan verəcək:

"GPS sistemi vasitəsi ilə sərnişin avtobuslarına tam nəzarət təmin ediləcək. Bundan sonra biz biləcəyik ki, hər hansı bir marşrut xətti üzə hərəkət edən avtobus dayanacağa hansı müddətdə gələcək, olduğu yolda sürət həddinə əməl edilir, dayanacaqdan kənar saxlayır, ya yox. Bu sistem avtobusların iştirakı ilə baş verən yol qəzalarının araşdırılmasında da mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, biz artıq GPS sistemi vasitəsi ilə biləcəyik ki, qəza baş verən zaman avtobusun sürəti dəqiq nə qədər olub".

Agentlik rəsmisi deyib ki, sistem vasitəsilə sərnişinlər dayanacaqlardakı məlumat terminalları vasitəsi ilə gözlədikləri avtobus barədə dəqiq məlumatları əldə edə biləcəklər:

"Bu sistem yeni qurulanda bir müddət işlədi, lakin sonradan yaranan problemlər səbəbindən özünü tam doğurultmadı. Lakin Bakı Nəqliyyat Agentliyi sistemdə mövcud olan əvvəlki problemlərin təkrarlanmamsı üçün bütün zəruri adımları atıb. Sistem tam qurulub ki, bundan istifadədə hər hansı bir çətinlik olmasın".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol