• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən yüksək maaşlar 6 dəfə enib

Azərbaycanda ən yüksək maaşlar 6 dəfə enib
18.01.2017 18:18
"Hazırda Azərbaycanda ən yüksək qeyri-rəsmi əmək haqqı təqribən 10 min manat təşkil edir. Bu maaşı isə tibb və IT-sahəsinin yüksək vəzifəli şəxsləri əldə edir”.

Bunu Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev qeyd edib.

Onun sözlərinə görə, ən yüksək rəsmi əmək haqqı isə 2250 manatdır ki, bu maaşı da Azərbaycan Milli Məslisinin deputatları əldə edir.

"Ən aşağı səviyyəli qeyri-rəsmi əmək haqqı hazırda 150, rəsmi əmək haqqı isə 116 manata bərabərdir” – deyə Ağayev qeyd edib.

O vurğulayıb ki, bu gün Azərbaycanda əhalinin 20%-i "qara” maaş alır. Bununla yanaşı, 9% maaşı əldən alır. Və yalnız 70% "ağ” əmək haqqı əldə edir.

Qeyd etmək lazımdır ki, keçən ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqısı illik hesablama üzrə 6,9% artıb və 493,8 manat təşkil edib.

"Bir neçə il əvvəl ölkədə vəziyyət tamamilə başqa cür idi. Ölkədə ən yüksək maaşlar bank, energetika və sığorta sahəsində verilirdi” – bunu isə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib.

"Ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlər adətən əmək haqqı həcmini sirr olaraq saxlayır. Lakin bəzi məlumatlara görə, orada bəzi işçilər ayda 20 mindən 60 min manata qədər əmək haqqı alır. SOCAR da isə əmək haqqı 2000 manata çatır. Lakin bununla belə, orada həmçinin bonus sistemi də qüvvədədir” – deyə o bildirib.

Onun sözlərinə görə, ümumilikdə, bankda rəhbər vəzifə tutan əməkdaşların əmək haqqları o zaman ayda 10 min manata çatırdı.

Mənbə: Banker.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol