• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya üçün staj müddəti vacibdirmi? - Ekspertlər açıqlayır

Pensiya üçün staj müddəti vacibdirmi? - Ekspertlər açıqlayır
24.01.2017 15:51
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılacağını deyib. Nazirin sözlərinə görə, bununla bağlı məsələ artıq Milli Məclisə təqdim edilib.

Əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılmasını ANN.Az-a şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu məhdudiyyətin dünya praktikasında da olmadığını vurğulayıb:

 
"Azərbaycan da bu praktikadan hələ indi istifadə etməyi planlaşdırır. Əgər qərarı Milli Məclis təsdiqləyərsə, 2018-ci ildən qərarın icrasına başlanılacaq. Ancaq prosesin icrası bir neçə il çəkəcək. Çünki hər il pensiya alanların sayı artır. Buna görə də, ola bilsin, sosial müavinətləri 100% ödəmək üçün məbləğ çatmasın. İndidən ləğv edilir deməklə, iş tamamlanmır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, prosesin icrası müəyyən qədər vaxt alacaq. Məndə olan məlumata görə, nazirlik məsələ ilə əlaqədar yeni proqram üzərində çalışır. Həmin proqramda peniya yaş məsələsinə və sistemin özündə islahatların aparılması nəzərdə tutulub”.

"Əhalinin sayının təxminən 14%-i pensiya alanlar təşkil edir. Bu da bizim ölkə və büdcəmiz üçün böyük rəqəmdir. Ona görə də, nazirliyin təklif etdiyi bu prosesə birdən-birə keçid büdcə üçün heç də xoş olmayacaq. Əgər pensiya yaşı artırılarsa, bu hal az da olsa, büdcəni möhkəmləndiricək. Ancaq əhalinin sosial rifahına mənfi təsir göstərəcək”, - deyə O.Haqverdiyev əlavə edib.

Məsələyə münasibət bildirən iqtisadçı-ekpsert Qalib Toğrul ANN.Az-a açıqlamasında deyib ki, əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılması pensiya sahəsinin inkişafına istiqamətlənsə də, tək bu addımın atılması yetərli deyil:

 
 
"Digər addımların atılması da lazımdır. Özəl pensiya fondlarının yaradılması DSMF-yə dəstək olardı. Bununla bağlı strateji sənəddə nəzərdə tutulmuşdu ki, özəl pensiya fondu yaradılsın, ancaq təəssüflər olsun, bu proses həyata keçirilmədi. Fikrimcə, bu addımların kökündə DSMF-nin büdcədən asılılığın aradan qaldırılması nəzərdə tutulur”. 

"Dövlət Sosial Müdafiə Fondu (DSFM) büdcədən maliyyələşmək üçün bu günə qədər bir çox yollara əl atıb. Biz bilirik ki, hər ay işə götürən 22%, hər bir işçi özü də 3% olmaqla, cəmi 25% DSMF-yə vəsait ödəyir. Amma bizdə bu sistemin özündə müəyyən problemlər var. Yəni əməkhaqqının hamısının rəsmiləşdirilməməsi, iki mühasibatlıq, əmək haqqının bir hissəsinin paket şəkildə, yəni qeyri-rəsmi verilməsi və s. Pensiya yaşının artırılması ilə bağlı proses tək Azərbaycanda getmir, bütün dünyada eyni tendensiya var. Dünya ölkələri ilə fərqimiz ondan ibarətdir ki, əhalisi çox olan ölkələrdə, sürətli qocalma prosesi gedir. Bizdə isə o dərəcə deyil ki, pensiya yaşını artırılsın. Ola bilər, nazirliyin məqsədlərindən biri də odur ki, pensiya yaşı artırılsın”, - deyə iqtisadçı əlavə edib.  

 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, 2017-ci ilin büdcə xərclərində proqnozlaşdırılan 248 mln. manat artımın 229 mln. manatı əmək pensiyası üzrə xərclərə, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 mln. manat, digər xərclərə isə 13,4 mln. manat artım nəzərdə tutulub.

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol