• $
  • €
  • ₽
  • ₺
  • £

İri tonnajlı maşınlarıın hərəkətinə icazə verilməsi qaydaları dəyişdi

İri tonnajlı maşınlarıın hərəkətinə icazə verilməsi qaydaları dəyişdi
27.01.2017 11:00
Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin biri "Azəravtoyol” ASC-yə verilib.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”na əsasən iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir.
 
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 iyul tarixli 1004 nömrəli fərmanına əsasən bu sahədə səlahiyyətli orqanlar dəyişib. Bununla əlaqədar qaydaya edilən dəyişikliyə görə, iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Daxili İşlər Nazirliyinin və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarət məntəqələrində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə birlikdə yoxlanılacaq.
 
Qaydaya əsasən, indiyə qədər yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilib və nəqliyyat vasitəsinin hərəkətinə yalnız bundan sonra icazə verilib. Dəyişikliyə əsasən, bundan sonra yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb ediləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol