• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə sərt pul siyasətinə başlayır

Türkiyə sərt pul siyasətinə başlayır
01.02.2017 19:18
Türkiyə Mərkəzi Bankı (TCMB) 2016-cı ildə inflyasiyanın proqnozlaşdırılan 5%-dən 8,53%-ə yüksəlməsi səbəbindən hökumətə "Açıq məktub" göndərib.

Baş nazirin müavini Mehmet Şimşəkə göndərilən məktubda TCMB-nin əsas məqsədinin qiymətlərin sabitliyi olduğu bildirilərək bunun üçün bankın əlində olan bütün alətlərdən istifadə ediləcəyi bildirilib. TCMB inflyasiyanın tənzimlənməsi üçün lazım gələrsə əlavə monetar sərtləşdirmə həyata keçirəcəyini qeyd edib. Bunun üçün bank valyuta bazarında kəskin hərəkətlərin baş verməsinə qarşı likvidlik tədbirlərə əl atacağını vurğulayıb.
"Report"un analitik qrupu TCMB-nin hədəflərini əksər inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının qərarları ilə üst-üstə düşdüyünü bildirir. Belə ki, inkişaf etməkdə olan ölkələr devalvasiyanın qarşısını almaq üçün pul siyasətini sərtləşdirməyə üstünlük verməyə başlayıb. Bu, faiz dərəcələrinin artırılması və ya likvidliyin, yəni pul kütləsinin azaldılması yolu ilə həyata keçirilir. TCMB-nin seçdiyi yol likvidliyin azaldılması ilə bağlıdır. Türkiyə istənilən halda ölkədə faizlərin artmasına qarşı olduğunu göstərir. Lakin likvidliyin azaldılması nəticəsində pul qıtlığı yaranacaq, o da pula ödənilən faizin artmasına gətirib çıxaracaq. Bu isə ən azı 2017-ci ildə Türkiyənin iqtisadi artımını əngəlləyəcək.

Qeyd edək ki, Azərbaycan da analoji yolla hərəkət edir. Azərbaycan Mərkəzi Bankı büdcə xərclərinin azaldılması fonunda sterilizasiya əməliyyatlarını artırır və bununla da milli valyutanın ifrat ucuzlaşmasının qarşısını almaq niyyətindədir: "Təbii ki, bununla manatın devalvasiyasının qarşısı alınacaq. Lakin bu il də iqtisadi artıma nail olunması mümkün görünmür. Son 15 ildə sürətli ÜDM və qiymət artımı prosesi bu il sabitləşəcək və 2018-ci ildən daha sağlam iqtisadi artım əldə olunacaq".

Mənbə: Report

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol