• $
  • €
  • ₽
  • ₺
  • £

“AGBank”da böyük məbləğdə zərər – HESABAT

“AGBank”da böyük məbləğdə zərər – HESABAT
09.02.2017 20:20
"AGBank” ASC 2016-cı ili 35 milyon 630 min manat zərər ilə başa vurub.

ANN.Az-ın məlumatına görə, bu barədə "Marja” bankın maliyyə hesabatlarına istinadən xəbər verir.

Ötən il bankın cəmi gəlirləri 71 milyon 809 min manat (39 milyon 547 min manat faiz, 32 milyon 26 min manat qeyri-faiz), faiz və qeyri-faiz xərcləri isə 70 milyon 326 min manat təşkil edib və nəticədə bankın 1 milyon 483 min manat əməliyyat mənfəəti qalıb. 

"AGBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 36 milyon 969 min manat ayırdığından bankın illik zərəri yüksək olub.

Qeyd edək ki, "AGBank”da böyük məbləğdə zərər bankda ödəmə vaxtı keçmiş kreditlərin kəskin artdığına işarə edir. Bank normativlərə uyğun olaraq gəlirinin və kapitalının bir hissəsini ödənməyə biləcək kreditlərə görə ehtiyata ayırıb və buna görə zərər yaranıb. Bank problemli kreditləri barədə məlumatları açıqlamayıb.

31 Dekabr 2015-ci il tarixinə "AGBank” 520 milyon manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol