• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Dünya Bankına tələb

Azərbaycandan Dünya Bankına tələb
13.02.2017 10:20
Dünya Bankı Azərbaycanla əməkdaşlığını genişləndirəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri olan Ermənistan bankları və şirkətlərinin Dünya Bankının layihələri çərçivəsində hər hansı işlərə və xidmətlərə cəlb olunması yolverilməzdir.

ANN.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşündə bildirib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri olan Ermənistan bankları və şirkətlərinin Dünya Bankının layihələri çərçivəsində hər hansı işlərə və xidmətlərə cəlb olunmasının yolverilməz olduğunu vurğulayıb.

Görüşdə həmçinin, Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev qeyd edib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində indiyədək 51 layihə həyata keçirilib. Bu layihələrdən 40-ı artıq başa çatıb. Nəqliyyat, su təchizatı və kanalizasiya, sosial, kənd təsərrüfatı sahələrini əhatə edən 11 layihənin icrası isə davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, "Abşeron göllərinin bərpası" layihəsi üzrə isə Dünya Bankı ilə birgə iş aparılır.

Nazir Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu TANAP layihəsinin enerji sektorunun inkişafı baxımından vacibliyini və bu layihəyə davamlı dəstəyin göstərilməsinin önəmini vurğulayıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa göstərilən dəstək tədbirləri, bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verən iqtisadiyyat naziri Dünya Bankı tərəfindən özəl sektora maliyyə dəstəyinin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, kənd təsərrüfatı, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında peşə təhsili sahəsində əməkdaşlıq Azərbaycan üçün maraqlı istiqamətlərdəndir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul edilməsinin və bir sıra sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrə dair fikirlərini bölüşən S.Müller bir sıra layıhələrin, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin uğurlu icrasını müsbət qiymətləndirib, Bankın ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirəcəyini bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol