• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bəzi ərazilərində evlərin qiyməti artıb

Bakının bəzi ərazilərində evlərin qiyməti artıb
15.02.2017 16:27
"Bakıda son bir ayda mənzillər 10-40% arasında bahalaşıb”. 

Daşınmaz əmlak elanları üzrə ekspert Vaqif Hüseynov Oxu.Az-a bildirib ki, iqtisadi əsaslarının olmamasına baxmayaraq, manatın dollar qarşısında bahalaşması evlərin qiymətinə də təsir göstərib.

Onun sözlərinə görə, bahalaşma 2 otaqlı mənzillərdə daha çox müşahidə edilir. Xüsusilə də Rəşid Behbudov küçəsi boyunca, Dostluq kinoteatrı-Koroğlu parkı ətrafı ərazilərdə evlərin qiymətlərində canlanma hiss edilir.

Məsələn, bu ərazidə köhnə binalarda 45-55 kv.m-lik 2 otaqlı mənzillər ötən ilin dekabr ayında 60 min manata təklif edilirdisə, indi 80-85 min manata qədər bahalaşıb. 

Yeni Yasamalda yeni tikililərdə 80-85 kv.m-lik 2 otaqlı "podmayak” evlərin qiyməti 70-75 min manatdan 85 min manata qədər yüksəlib.

Əhmədli qəsəbəsində Ukrayna dairəsi ərazisində evlər isə 10% civarında bahalaşıb. Dekabr ayında 65-70 min manata satılan 50 kv.m-lik evlər indi 75 min manata təklif edilir. 

Paytaxtın digər ərazilərində isə hələlik mənzillərin qiymətində hər hansı dəyişiklik yoxdur.

V.Hüseynov əlavə edib ki, bahalaşma manatın məzənnəsi ilə bağlı olduğu üçün manatın mart ayından etibarən ucuzlaşma gözləntisi evlərin qiymətini yenidən aşağı sala bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol