• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərenerji" Rabitə Nazirliyinə müraciət edəcək

"Azərenerji"   Rabitə Nazirliyinə müraciət edəcək
21.02.2017 23:04
"Azərenerji” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə hazırlaşır. Bu barədə "Report"a "Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Y.Babanlı müraciətin "Azərenerji”nin "Elektron Hökumət" portalında yer alan xidmətinin silinməsi ilə bağlıdır: "Bilirsiniz ki, ölkə başçısının məlum sərəncamı ilə istehlakçıların elektrik şəbəkəsinə qoşulması xidməti "Azərişıq" ASC-yə verilib. Buna baxmayaraq, "e-gov.az” portalında hələ də "istehlakçıların elektrik şəbəkəsinə qoşulması” xidməti "Azərenerji”nin xidmətləri siyahısında qeyd edilib. Həmin portalda "Azərenerji”yə məxsus bölmədə bu funksiyanın silinməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub hazırlayırıq. Əminəm ki, tezliklə həmin xidmət ləğv ediləcək”.

Qurum rəsmisi deyib ki, bundan öncə abonentlərin istifadə etdikləri elektrik enerjisinə görə elektron ödəniş etmələrini nəzərdə tutan xidmətin ləğv edilməsi üçün adıçəkilən nazirliyə müraciət edilib və nazirlik müraciəti müsbət qarşılayıb.

Bir müddət əvvəl "Report”un apardığı araşdırma zamanı sorğuya cavab olaraq "e-Hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib ki, portala yerləşdirilən və portaldan çıxarılan xidmətlər həmin qurumların birbaşa rəsmi müraciəti əsasında olur: "e-Hökumət" portalındakı elektron xidmətlərin yerləşdirilməsi və çıxarılması prosedurası qurumun səlahiyyətindədir. "Azərenerji" xidmətin portaldan silinməsi üçün müraciət etmədiyinə görə, xidmət olduğu kimi aktiv qalıb".

Qeyd edək ki, "e-Hökumət" portalında "Azərenerji"yə məxsus bir elektron xidmət mövcuddur.

Xatırladaq ki, dövlət başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol