• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda oteldən oğurluq edən şəxs həbs edilib

Bakıda oteldən oğurluq edən şəxs həbs edilib
30.03.2017 20:40
Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluq törətməkdə təqsirləndirilən Nicat Məmmədov, Elman Bəkirov, Ceyhun Məmmədov, Elməddin Vəliyev, Adil Həşimov, Rəşid Paşayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Vəliyevlə A.Həşimovun hər biri 8 il, N.Məmmədov 7 il 6 ay və E.Bəkirov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində ev dustaqlığı seçilmiş R.Paşayev 7 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

H.Hüseynovla C.Məmmədovun hər biri isə 3 min manat məbləğində cərimə edilib.

Qeyd edək ki, N.Məmmədov, E.Bəkirov, C.Məmmədov, E.Vəliyev, A.Həşimov, R.Paşayev və H.Hüseynov Bakıda Natella Quliyevaya məxsus "Zeytəm" otelinin həyətinə daxil olaraq, oradan 27 min manatlıq oğurluq ediblər.

 Bundan başqa dəstə üzvləri paytaxtda yerləşən şirkətlərdən kondisoner, radiator və digər əşyaları oğurlayıblar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddələri ilə ittiham olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol