• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtodayanacaqlar özəlləşdirilir

Bakıda avtodayanacaqlar özəlləşdirilir
03.04.2017 13:20
Əmlak Məsələləri Dövlət Komitəsi mayın 2-də daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur. Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Kiçik müəssisələrə investorlar sərmayə yatıraraq biznes məqsədləri üçün istifadə edə bilərlər. Hətta bəzi əmlaklara  kiçik məbləğdə vəsait qoymaqla böyük qazanc əldə etmək mümkündür. Qeyd edək ki,  hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.
 
Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və "Facebook” səhifəsində (//www.facebook.com/privatization.az/)  yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Sahəsi 6047 kvadratmetr olan adı çəkilən əmlakın ilkin start qiyməti 331 min 500 manatdır.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabad da yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal  rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.
 
Hərracda iştirak etmək üçün prosedur olduqca sadədir. Belə ki, əmlak sahibi olmaq istəyən vətəndaş birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanır. Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol