Əhalinin banklarda əmanətləri 7 mlrd manatı keçib

Azərbaycanda
fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri
30,419.2 milyon manat, cəmi öhdəlikləri 27,772.7 milyon manat təşkil etmişdir.
Sektorun balans kapitalı 2,646.6 milyon manatdır. Əhalinin əmanətləri 7,084.3 milyon
manat həcmindədir.
Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135,
ATM-lərin sayı 2,462-dir.
Bütövlükdə, bank sektorunun işçi heyəti 16,662 nəfər təşkil edir
.
2017-ci ilin 28 fevral tarixinə olan bank
sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini
tapmışdır. www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Son xəbərlər 
Daha çox 






















