• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dollara tələbat niyə azalır?

Azərbaycanda dollara tələbat niyə azalır?
12.04.2017 16:20
"Son günlər dollara tələbin yenidən azalması müşahidə edilir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov dollara olan tələbin azalmasının üç mühüm səbəbini açıqlayıb:

"Mərkəzi Bankın depozit hərracları manat bazasını qısamüddətli olsa da azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən "M0” aqreqatının həcmini kəskin azaldıb.

Yəni, hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərin özlərinin gəlirlərinin nağdlaşdırma ilə bağlı qadağaların tətbiq edilməsi manat kütləsinin həcmini azaldır. 

Qeyd edim ki, sadələşdirilmiş vergi subyektləri ay ərzində 15, əlavə dəyər vergisi ödəyiciləri isə 30 min manat nağdlaşdıra bilərlər. Nəticədə, dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarındadır və onlar bazara daxil olmur. Üçüncüsü, təbii ki, psixoloji təsirlərdir ki, bu da birbaşa əhalinin dollar təklifinin artırır”.

V.Bayramov bildirib ki, növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq:

"Qeyd edim ki, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə aldıqda, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb. Əgər manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə, o zaman dollara tələb aşağı olaraq qalacaq. 

Dollara tələbi, sadəcə, dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Digər tərəfdən də, nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısamüddətli dövr üçün nəzərdə tutulan siyasət olmalıdır.

Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edə bilsin”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol