• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir neçə bank bağlana bilər

Azərbaycanda daha bir neçə bank bağlana bilər
19.04.2017 12:20
Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri, nəhayət ki reallaşdı. "Atabank" və "Caspian Development Bank" birləşmək qərarı verdilər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi.

ANN.Az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev "Atabank" və "Caspian Development Bank"ın birləşməsinə münasibətində bildirib.

S.Əliyevin sözlərinə görə, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub:

"Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da eyni sahibi olan bankların birləşməsi realdır.

Bu birləşmədən sonra bankların sayı 31 olacaq. Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq".

İqtisadçı qeyd edib ki, bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək: "Bu, baş tutmasa, banklar ləğv ediləcək. Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya "stimullaşdıracaq". Körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılmasi sonra isə digər banklara birləşmədirilməsi tədbirləri həyata keçiriləcək. Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol