• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell gənclər üçün yeni müsabiqəyə başlayır

Azercell gənclər üçün yeni müsabiqəyə başlayır
19.04.2017 17:35

Azercell Telekom MMC mütaliə sevərlər üçün hazırladığı "Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edir.

Müsabiqəyə qatılmaq üçün natiqlik və qiraət bacarığına güvənən 18-29 yaş arası gənclər [email protected] ünvanına özləri haqqında qısa məlumat, foto, əlaqə nömrəsi və səs nümunəsi göndərməlidirlər. Gənclərin sevdikləri kitabdan 2-3 cümlə səsləndirməsi bu müsabiqədə iştirak etməyə kifayət edəcək. Eyni zamanda səs nümunələri istənilən səsyazma cihazı (mobil telefon, diktofon) vasitəsi ilə qeydə alına bilər. Ən yaxşı qiraətçilər Azercell şirkətinin mütəxəssisləri tərəfindən seçilərək "Gənclər kitab oxuyur” layihəsi çərçivəsində Starbucks kafesində publika qarşısında kitab oxuyacaqlar. Müsabiqə 19.04.2017 – 23.04.2017 tarixlərini əhatə etməklə 5 gün davam edəcək. Qaliblərin elan olunması 26.04.2017 tarixinə planlaşdırılır.

 Gənclər müsabiqənin şərtlərinə dair daha ətraflı məlumatıAzercell-in rəsmi internet və Facebook səhifələrində izləyə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell-in "Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən "Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq.

Qeyd edək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol