• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Valyutadəyişmə məntəqələri yenidən açılacaq

Ekspert: Valyutadəyişmə məntəqələri yenidən açılacaq
20.04.2017 13:00
Azərbaycanda "Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. 

Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

ANN.Az xəbər verir ki, bu haqda Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, "Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi ilə Azərbaycanda fiziki şəxslərə valyutadəyişmə məntəqəsi yaratmaq səlahiyyəti verilir.

N.Cəfərli bildirib ki, dəqiq müddəalar qanun qəbul olunduqdan sonra məlum olacaq:

"Təklif edilən dəyişiklik valyutadəyişmə məntəqələrinin yenidən açılması anlamına gəlir. Valyutadəyişmə məntəqəsinin fəaliyyət göstərməsi üçün xüsusi tələblər var: Seyf qapı, seyflər, siqnalizasiya və s. Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə valyutadəyişmə məntəqəsi işlədə biləcək. Yəni, fiziki şəxslər banka bağlı olmadan birbaşa fəaliyyət göstərə biləcəklər”.

Ekspertin sözlərinə görə, qanuna edilən dəyişiklikdə məqsəd qapadılmış valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətinə hesablanıb:

"Əslində doğru olan da budur. Valyutadəyişmə məntəqələrinin bağlanması heç bir iqtisadi effekt vermədi, əksinə bazarda çaxnaşmanı artırdı.

Eyni zamanda vətəndaşlara, turistlərə axşam saat 6-dan sonra valyuta dəyişməkdə çətinlik yaratdı. Çox güman ki, əvvəlki valyutadəyişmə məntəqələrinin bir çoxu açılacaq. 

Çünki onlar tələb edilən kriteriyalara uyğundur, seyflə, seyf qapı ilə, gülləkeçirməz şüşə ilə təmin olunmuşdu”.

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə deyib ki, qanun layihəsi aprelin 25-də Milli Məclisdə müzakirəyə çıxarılacaq:

"Qanun layihəsində valyutadəyişmə, mübadilə məntəqələrinin yenidən bərpası nəzərdə tutulub. Qanun geniş şəkildə parlamentin plenar iclasında müzakirə ediləcək. Əvvəllər buna Mərkəzi Bankın nəzarət mexanizmi həyata keçirilirdi.

Dəyişikliklərdə isə valyutadəyişmə məntəqələrinə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunması nəzərdə tutulub. Bu baxımdan qanun qəbul olunduqdan sonra valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilər”.

V.Əhmədov bildirib ki, fiziki şəxslər dövlət rüsumu ödəməklə valyutadəyişmə məntəqələri işlədə biləcəklər.

"Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə (1 illik) valyutadəyişmə məntəqəsi işlədə biləcək. Dövlət rüsumu əvvəl də bu məbləğdə idi”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol