• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov: Nağdlaşdırma ilə bağlı limit ləğv edilə bilər

Vahid Əhmədov: Nağdlaşdırma ilə bağlı limit ləğv edilə bilər
03.05.2017 21:20
"Sahibkarlara bank hesablarından nağdlaşdırma ilə bağlı tətbiq edilən limitlər çox aşağıdır”.

ANN.Az xəbər verir ki, bunu Fins.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, tətbiq edilən 30 min manatlıq limit çox kiçik rəqəmdir:

"Elə sahibkar var ki, 100 milyon manatlarla dövriyyəsi var. Məsələn, adi sahibkar 200 min manatlıq mal satırsa, həm vəsaiti çıxarmaq üçün banka 7 dəfə gedib-gəlməlidir”.

Millət vəkili bildirib ki, yaranan vəziyyətdən sahibkarlar da narazıdır: "Mənim özümə həddindən artıq bu problemlə bağlı sahibkarlar müraciətlər edirlər. Milli Məclisə çoxlu məktublar göndərirlər. 

Sahibkarlar deyirlər ki, real sektoru inkişaf etdirə bilmirlər. Pul çıxarmağa əziyyət çəkirlər”.

V.Əhmədovun sözlərinə görə, nağdlaşdırma ilə bağlı limitin tətbiqi müvəqqəti variant kimi istifadə edilə bilər:

"Amma limitin davamlı saxlanılması gələcəkdə real sektorun inkişafına ciddi təsir göstərəcək. Ona görə də, bu məbləğə yenidən baxılmalıdır”.

Millət vəkili sahibkarların əziyyət çəkməməsi üçün özəl şirkətlərə nağdlaşdırma ilə bağlı limitin minimum 150-200 min manata kimi artırılmalı olduğunu deyib: 

"Bu çox ciddi məsələdir. Milli Məclisdə, Maliyyə Bazarlarına Nəzarət Palatası qarşısında və digər qurumlar qarşısında nağdlaşdırma limiti ilə bağlı yaranan çətinliyin araşdırılması ilə bağlı məsələ qaldırmışıq. 

Ola bilsin ki, Prezident İlham Əliyev bu məsələyə baxsın və "Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilsin”.

Ümumilikdə isə millət vəkili hesab edir ki, gələcəkdə bu məhdudiyyət tamamilə aradan qaldırılmalıdır: 

"Limitinin tətbiqi müəyyən qədər Azərbaycanda iqtisadi-siyasi vəziyyət, o cümlədən manatın məzənnəsinin saxlanılması və digər amillərlə bağlıdır. 

Yəqin ki, bir müddətdən sonra bu götürüləcək. Bu sahibkarın öz vəsaitidir. O, pullarını sərbəst şəkildə istifadə edə, istədiyi vaxt bankdan çıxara və banka yerləşdirə bilməlidir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol