• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji” ötən ili 109 milyon manatlıq zərərlə başa vurub

“Azərenerji” ötən ili 109 milyon manatlıq zərərlə başa vurub
12.05.2017 12:00
2016-cı ildə "Azərenerji" ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 0,89% və 38,266 mln. manat çoxdur.
 
"APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit "Deloitte" tərəfindən aparılıb.
 
Aktivlərin 3 mlrd. 710,457 mln. manatı uzunmüddətli, 587,400 mln. manatı isə qısamüddətli aktivlərdir. Uzunmüddətli aktivlərin strukturunda 3 mlrd. 355,081 mln. manatı (-1,04%) əmlak, tikili və avadanlıq, 8,734 mln. manatı (-87,09%) əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar, 335,486 mln. manatı (+6,23%) təxirə salınmış vergi aktivləri, 11,156 mln. manatı (+26,88 dəfə) təxirə salınmış vergi aktivlərinin payına düşür.
 
Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 54,323 mln. manat (+5,02%), əvəzləşdirilən ƏDV-nin payı  325,027 mln. manat (+0,6%), ssudalar və debitor borcların payı 120,683 mln. manat (+51,75%), ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclərin payı 7,617 mln. manat (-71,74%), nağd pul və pul vəsaitlərinin ekvivalentlərinin payı 79,750  mln. manatdır (+20,32 dəfə).
 
Dövlət şirkətinin öhdəlikləri 18,4% və ya 644,026 mln. manat azalaraq 2 mlrd. 856,331 mln. manata çatıb ki, bunun da 833,055 mln. manatı qısamüddətli, 2 mlrd. 023,276 mln. manatı isə uzunmüddətlidir.
 
"Azərenerji" ASC-nin tssudalar və borc vəsaitləri üzrə borcları 1 mlrd. 800,543 mln. manatdır. 2015-ci ilin sonuna isə bu göstərici 1 mlrd. 659,513 mln. manat təşkil edib. Bununla yanaşı, şirkətin dövlət subsidiyaları üzrə öhdəlikləri 114,515 mln. manat (2015-ci ilin sonuna 234,677 mln. manat) təşkil edib.  "Azərenerji”nin ticarət və digər kreditor borcları 79 min manat və ya 4,52% artaraq 1 mln. 825 min manat olub. 
 
Ötən il ərzində dövlət şirkətinin enerji satışı, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 76 mln. 399 min manat və ya 10,41% artaraq 810 mln. 161 manata yüksəlib.
 
Şirkət ötən il nizamnamə kapitalını dəyişdirməyərək 1 mlrd. 760,495 mln. manat səviyyəsində saxlayıb, cəmi kapital isə 89,87% və ya 682,292 mln. manat artaraq 1 mlrd. 441,526 mln. manat təşkil edib.
 
2016-cı ildə 2 mln. 789 min manat mənfəət vergisi ödəyən ASC hesabat dövrünü 108,928 mln. manatlıq zərərlə başa vurub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol