• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlər üçün sığorta fondu yaradılacaq

İşsizlər üçün sığorta fondu yaradılacaq
12.05.2017 15:00
"İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb”.

anews.az Report-a istinadən xəbər verir ki, yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd iki ildir Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb.

O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında dəfələrlə işsizliyin qarşısının alınması və ixtisarların olmaması üçün göstəriş verib: "İşsiz insanlar maliyyə cəhətdən heç vaxt problem yaşamamalıdırlar.

Lakin işsizlərə müavinət verilməsi o demək deyil ki, onlarda ələ baxımlılıq yaransın. Təbii ki, işsizlərə müavinətlər müddətli şəkildə veriləcək. Bu məsələ mütəmadi şəkildə nəzarətdə olacaq. Çalışılacaq ki, daha çox iş stajı olanlara daha çox müavinət verilsin”.

Onun sözlərinə görə, bu günə qədər bəzi müəssisə rəhbərləri gəlir olmadığı təqdirdə işçilərinin əksəriyyətini ixtisar edirdi: "Yeni qanun layihəsi ilə bunu aradan qaldırmış olacağıq”.

Komitə sədri əlavə edib ki, işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq:

"Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Fonda yığılan vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.

Yeni qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol