• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Plus: Yeni imkanlar yaradan əlavə xidmətlər

Azercell Plus: Yeni imkanlar yaradan əlavə xidmətlər
07.06.2017 17:52
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinin gündəlik həyatını daha rahat və dolğun etmək məqsədi ilə növbəti yeni xidmətini təqdim edir.

Azercell Plus adlanan yeni xidmət abunəçilərin gündəlik tələbatlarını ödəyən əlavə xidmətləri özündə birləşdirib. Təqdim olunan xidmətlərin hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, Azercell Plus vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək, videoları seyr etmək mümkündür. Amma bu da xidmətin çərçivəsində təqdim olunan imkanların tam siyahısı deyil.

Azercell Plus-ın bütün üstünlüklərindən faydalanmaq istəyən Azercell abunəçiləri www.azercell.com/plus saytına daxil olub, orada göstərilmiş müxtəlif kateqoriyalardan arzu olunan xidmət və ya tədbiqetməni seçib, rahat yolla onu cihazına yükləyə bilər. Azercell Plus-a daxil olunmuş xidmət və tədbiqetmələrin siyahısı daim artırılmaqdadır.

Qeyd edək ki, Azercell Plus 07.06.2017-ci il tarixindən etibarən, bütün abunəçilərin ixtiyarına verilib. Xidmət haqqında daha ətraflı məlumatı www.azercell.com/plus saytından əldə etmək olar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri

xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol