• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR xaricdə təhsil proqramı davam edir

SOCAR xaricdə təhsil proqramı davam edir
20.06.2017 13:20
2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 6 iddiaçının namizədliyinə baxılıb.

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

"Report”un şirkətə istinadən verdiyi xəbərə görə, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və İsveçrə universitetlərində neft, kimya mühəndisliyi, biznesin idarə edilməsi ixtisasları üzrə magistr və bakalavr təhsilini başa vurmuş 4 məzunun hesabat xarakterli təqdimatı dinlənilib. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə məlumat veriblər.

Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilibr. 

İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 6 iddiaçının namizədliyinə də baxılıb.
 
Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 24 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 255 nəfər təhsilini başa vuraraq geri qayıtmış və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol