• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 24 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 24 dövlət əmlakı özəlləşdirilib
04.07.2017 14:40
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib.

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib.

Komitədən "Report”a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Kiçik dövlət müəssisələri təmir-tikinti və ticarət sahələrinə aid olub Bakıda, Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə, istifadəsiz qeyri-yaşayış sahələrindən isə 11-i Bakıda, qalanı regionlarda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sexi göstərmək olar. Zaqataladakı zavodun torpaq sahəsi 18,35 min kv.m, ümumi faydalı sahəsi isə 3 881 kv.m-dir. Balakəndəki sexin torpaq sahəsi isə 2 803 kv.m, ümumi faydalı sahəsi 403 kv.m-dir. Ümumilikdə özəlləşdirilən əmlakların sahəsi 71 -3 881 kv.m arasında dəyişir.

Hərracda daha az investisiya tələb edən əmlaklar, məsələn Astara rayonunda yerləşən 126 kv.m-lik qeyri-yaşayış sahəsid də özəlləşdirilib.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

//www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Onu da qeyd edək ki, hərraclarda elektron qaydada da iştirak etmək mümkündür. Hal-hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərracı keçirilir. Bügünkü hərracda 1 avtomobil onlayn rejimdə özəlləşdirilib.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 11-də keçiriləcəkdir. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol