• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar
12.07.2017 10:24
Bu gün metronun "Həzi Aslanov” stansiyasından "İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb. Saat 08:45 radələrində metronun "Nəriman Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Qatar birbaşa "Gənclik” stansiyasına gedib və orada qapılar açılıb.

Hadisə sərnişinlərin narahatlığına və təşvişə səbəb olub.

"Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında baş vermiş hadisəyə aydınlıq gətirib. O, hadisənin hər hansı nasazlıqdan baş vermədiyini deyib:

"3 saylı marşrut üzrə hərəkət edən qatar "Nəriman Nərimanov” stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş xətti keçib. Belə olan halda təlimata uyğun olaraq qatarın qapıları açılmamalıdır. Təlimata görə, qatar növbəti stansiyaya gedib və "Gənclik” stansiyasında qapılar açılıb. Bunlar hamısı təlimata uyğundur. Əgər maşinist qatarı müəyyən edilmiş lövhəyə çatanda saxlamırsa, o, qapıları aça bilməz”.
N. Paşayev maşinistin nə üçün qatarı müəyyən olunmuş xəttə saxlamamasının araşdırıldığını deyib:

"Maşinist həmin xətdən kənarlaşdırılıb, depoya göndərilib. Qatarı isə başqa maşinist idarə edib. Həmin maşinistdən izahat alınır, bu halın baş vermə səbəbi araşdırılır”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol