• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin borclarının restrukturizasiya planı qəbul olundu

ABB-nin borclarının restrukturizasiya planı qəbul olundu
13.07.2017 10:55
Azərbaycan Beynəlxalq Bankının (ABB) təklif etdiyi 3,3 mlrd. ABŞ dolları həcmində xarici borclarının restrukturizasiyası planı əksər kreditorlar tərəfindən dəstəklənib. 

anews.az Report-a istinadən xəbər verir ki, borcun 87%-nə sahib olan kreditorlar restrukturizasiya planı ilə bağlı son qərarın verilmə tarixinə 1 gün qalmış, yəni iyulun 12-də təklifin lehinə səs veriblər.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, planın təsdiq olunması üçün kreditorların 2/3 hissəsinin müsbət qərarı kifayət edir.

Qeyd edək ki, ABB bəzi borclarının 20%-nin silinməsini və dövlət istiqrazları ilə əvəzlənməsini istəyir. 

"Fidelity Management & Research Co.” və "Franklin Templeton İnvesatment Management Ltd.” kimi xarici investorlar ABŞ-da məhkəmədə bu qərara qarşı çıxıblar. Onlar restrukturizasiya planında Azərbaycan Dövlət Neft Fondunun iştirakını qeyri-ədalətli hesab ediblər.

Xatırladaq ki, ABB-nin xarici borclarının iflası may ayının 10-da Bankın 100 mln. ABŞ dolları həcmində kreditini ödəyə bilmədiyi zaman ortaya çıxıb. Bankın restrukturizasiya planı ilə bağlı son qərarını kreditorların iyulun 18-də keçiriləcək iclasından sonra açıqlanması gözlənilir. Müddəti 2019-cu ilin iyununda bitəcək 500 mln. dollarlıq istiqrazlara sahib olan "Fidelity Management & Research Co.” və "Franklin Templeton İnvesatment Management Ltd.” Nyu-York məhkəməsini restrukturizasiya planının ləğv etməyə çağırsa da, səsvermə keçirilmədiyi üçün məhkəmə tələbi rədd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol