• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda qazın nəqletmə tarifi artırılıb

Gürcüstanda qazın nəqletmə tarifi artırılıb
17.07.2017 18:20
Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası "Qaz nəqli şirkəti" üçün təbii qazın nəqletmə tarifinin artırılması barədə qərar qəbul edib.

APA-nın Gürcüstan bürosunun xəbərin görə, qərara əsasən, qazın 1 kub metrinin nəqli üçün tarif 0,5 tetri artırılaraq 1,884 tetri məbləğində yeni vahid tarif müəyyən olunub.

Yeni tarif iyulun 20-də qüvvəyə minəcək və 2018-ci ilin dekabrın 31-nə qədər qüvvədə olacaq.

Gürcüstanın "Qaz nəqli şirkəti” ölkədə magistral qaz kəmərlərinin lisenziyalaşdırılmış operatorudur. 

Şirkət infrastrukturu vasitəsilə Azərbaycanın "Şahdəniz" yatağından və Rusiyadan, həmçinin Rusiyadan Ermənistana qaz nəqlini həyata keçirir.
 
Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası sabah "Kaztransqaz" ASC, "SOCAR Georgia Gas" ASC, "Sakorqaz" SC-nin təbii qazın tədarükü, paylanması, buraxılması və istehlakı üzrə tariflə bağlı təkliflərini nəzərdən keçirəcək. 
 
Qeyd edək ki, bu şirkətlər cari ilin iyun ayında qaz tarifinin artımı ilə bağlı hökumətə müraciət etmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol