• $
  • €
  • ₽
  • ₺
  • £

“Muradxanlı” yatağında bir quyuda hasilat bərpa edilib

“Muradxanlı” yatağında bir quyuda hasilat bərpa edilib
28.07.2017 14:20
Gündəlik 15 barel hasilata nail olunub.

Azərbaycanın quruda yerləşən "Muradxanlı” neft yatağında M-66 saylı quyuda hasilat bərpa edilib.

"Report” xəbər verir ki, bu barədə "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun operatoru olan Kanadanın "Zenith Energy Ltd.” şirkəti məlumat yayıb.

M-66 saylı quyu 1978-cı ildə qazılıb. İlkin olaraq gündəlik 14 barel neft hasilatı hesablanıb. Daha sonra gündəlik hasilat 284 barelə qədər artıb. 1999-cu ildə isə bu quyu bağlanıb.

Bu il isə M-66 quyusu azotdan istifadə olunmaqla koltyubinq qurğusu ilə 3 011 metr dərinliyə qədər təmizlənib.

Bu prosedurla hasilat bərpa edilib və gündəlik 15 barel hasilata nail olunub. Quyuya müdaxilə zamanı yığılıb qalmış 150 barel neft də bərpa edilib.

Bu əməliyyat "Zenith” şirkətinin 642,4 kv. km müqavilə ərazisindəki hasilat olmayan və aşağı göstəricili quyuların iqtisadi baxımdan hasilatının maksimallaşdırılması istqamətində geniş, sistemli proqramının bir hissəsidir.

Bundan sonra "Zərdab” yatağında əsaslı təmir işləri aparılacaq.Qumla dolmamışdan öncə bu yataqda bir neçə quyudan qısa müddət ərzində gündəlik 500 bareldən artıq neft hasil olunub.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən ötən il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

"Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.
Şirkət ilin əvvəlindən əsaslı təmir işlərinə başlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol