Çin hökuməti Azərbaycana qrant ayırıb

Direktor müavini: Həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq.
Çin hökuməti Azərbaycana 3 mln. ABŞ dolları civarında qrant ayırıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) direktor müavini Cəmil Məlikov deyib.
Onun sözlərinə görə, həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq: "Əldə edilən razılığa əsasən, Çin hökuməti texniki yardım çərçivəsində fərdi evlərdə alternativ enerji stansiyalarının quraşdırılması üçün avadanlıqlar verəcək. Ümid edirik ki, gələn ilin əvvəlində həmin avadanlıqları əldə edəcəyik".
C.Məlikov bildirib ki, avadanlılqlar "bir ev, bir stansiya" layihəsi çərçivəsində istifadə ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















