• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 147 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 147 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
06.09.2017 20:20
Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 3-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

"Report” Komitəyə istinadən xəbər verir ki, hərraca 62 kiçik dövlət müəssisə və obyekti, 54 istifadəsiz qeyri-yaşayış sahəsi, 20 səhmdar cəmiyyətləri, 11 isə nəqliyyat vasitəsi olmaqla 147 əmlak çıxarılıb.

Özəlləşdirməyə açıq elan edilmiş səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Bunlar "Ağcabədi Aqrotexservis”, "Astara çay-3”, "Yevlax Yun”, "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Şıxlar Broyler”, "Mingəçevir Qum Çınqıl" və digərləridir. Həmin müəssiosələrin hərraca çıxarılan səhm paketləri nizamnamə kapitalının 20-45%-ni təşkil edir. Onların arasında ilkin start qiyməti ən çox olan əmlak "Yevlax Yun" ASC-dir. Adı çəkilən əmlakın səhminin 20%-nin qiyməti 240 min manata yaxındır. Bundan başqa "Mingəçevir Qum Çınqıl” ASC-nin də qiyməti yüksəkdir. Həmin əmlakın 30% səhmi 156 min manata yaxın təklif olunur.


Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Yevlax, Şəki, Sumqayıt, Ucar, Balakən, Mingəçevir və digər bölgələrdə yerləşir. Onların ümumi faydalı sahəsi 20 - 4 397 kv.m arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilmiş kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 550 min manata təklif edilir. Onun torpaq sahəsi 90 min kv.m-ə, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMMC və Nərimanov rayonunda yerləşən 7 saylı mağaza isə torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və qiyməti ilə seçilənlər sırasındadır. Bakının Suraxanı rayonunda yerləşən 91 saylı mağaza isə investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 250 kv.m-ə yaxındır. Bundan başqa Yevlaxda yerləşən 14 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 50-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 225 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 - 500 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Sumqayıtda yerləşən 21,7 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 000 manat təşkil edir. Həmçinin paytaxtın Xətai rayonunda yerləşən, sahəsi 15 kv.m, ilkin start qiyməti 4 450 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol