• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı hotellərin gəlirləri açıqlandı

Azərbaycandakı hotellərin gəlirləri açıqlandı
12.09.2017 21:00
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər, gecələmələrin sayı 1,081 mln. adam-gecə olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9%, gecələmələrin sayında isə 52% artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4%-i xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9%-ni təşkil edib.

Gecələmələrin 58,2%-i Bakıda, 9,3%-i Qəbələdə, 5,8%-i Qusarda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1%-i Qubada, 1,5%-i Şamaxıda, 1,4%-i Xaçmazda, 17,6%-i isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur. Gəlirlərin 68,8%-i nömrələrin satışı üzrə xidmətlərdən, 21,4%-i içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97 mln. manatı (71%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.

Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 mln. manat olub ki, onların 32,3%-ni əməkhaqqı xərcləri, 14,9%-ni içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8%-ni yanacaq və enerji xərcləri, 7,9%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3%-ni amortizasiya ayırmaları, 29,6%-ni isə digər xərclər təşkil edib. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% artaraq, 9770 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 579,3 manat təşkil edərək, ölkə üzrə orta göstəricidən 11,1% çox olub.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol