• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Ukraynaya kömürün ilk partiyası gətirilib

ABŞ-dan Ukraynaya kömürün ilk partiyası gətirilib
13.09.2017 17:20
Ukrayna Donbasdakı əsas kömür şaxtalarını itirib.

Ukraynanın Odessa gəmi limanına ABŞ-dan 62 min ton həcmində daş kömürün ilk partiyası daxil olub.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə Odessanın "Cənub" gəmi limanının administrasiyası məlumat yayıb.

Məlumata görə, bu gün "Cənub" limanında içərisində 62 min ton kömür olan "Ocean Ambitious" gəmisi yan alıb. Kömürün 3 gün ərzində boşaldılacağı və "Tsentrenerqo" istilik enerji stansiyasına göndəriləcəyi bildirilir.

İdxalçı qismində ABŞ-ın "Xcoal Energy & Resources" şirkəti çıxış edir. Ümumilikdə tərəflər arasında ilin sonunadək 700 min ton kömürün idxalına dair razılıq əldə olunub.

Qeyd edək ki, Ukrayna hökuməti Donbas münaqişəsi səbəbindən antrasit hasil olunan şaxtalarını itirib.

Hazırda Ukraynanın əlində rentabelli olmayan şaxtalar qalıb. ABŞ kömürünün hər tonunun qiyməti 113 dollar olmasına baxmayaraq, Ukrayna Rusiyadan 80 dollar/ton olan kömürü almaqdan imtina edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol