• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank kapitalını 21 milyon manat artırır

Unibank kapitalını 21 milyon manat artırır
09.10.2017 15:24
"Unibank” KB ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 milyon manat artırılması nəzərdə tututlur. Bu haqda məsələ səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq. Bu il ərzində Unibank artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 70%-dək artaraq, 119,686,326.72 milyon manata çatdırıldı.

Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meyilləri Unibankın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb. Bank səhmdarları kapitalın yenidən artırılmasının, perspektivdə Unibankın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər. Kapitalın növbəti artımı səhmdarların bankın daha da böyüməsində marağını ortaya qoymaqla, ölkə iqtisadiyyatına dəstəyi artırmaq və müştərilərin maliyyə ehtiyaclarını daha yüksək səviyyədə qarşılamaq mövqeyindən irəli gəlir.

Kapital artımı bankın ölkə iqtisadiyyatına daha çox töhfələr vermək, müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək və hər zaman müştəri məmnuniyyətini ən vacib məsələ hesab etmək prioritetlərini həyata keçirməyə təkan verəcək.

"Unibank" KB ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və AYİB-in (19,41%) bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol