• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın gəmi-bərəsi istismara qaytarılıb

Azərbaycanın gəmi-bərəsi istismara qaytarılıb
16.10.2017 19:15
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus "Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

QSC-dən Trend-ə verilən məlumata görə, gəmi sınaq üzüşündən uğurla çıxıb. Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərənin registrə dair müvafiq sənədləri də artıq hazırdır.

"Bərdə” gəmi-bərəsinin yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismarına start verilib. Qeyd edək ki, üzən vasitə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır.

Uzunluğu 154.50, eni isə 17 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Qeyd edək ki, Xəzərdə yeganə bərə operatoru olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasında 13 gəmi-bərə var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol