• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil yollarında sürüşmələr aktivləşdi

Avtomobil yollarında sürüşmələr aktivləşdi
17.10.2017 17:13
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb.

ETSN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Məlumatda bildirilib ki, respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliklərində, Lənkəran rayonunun Gəgiran, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb.

Masallı rayonunun Güllütəpə, Zuvand, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol