• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" bu evlərin sökülməsini istəyir

"Azərsu" bu evlərin sökülməsini istəyir
18.10.2017 17:29
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.

Milli.Az xəbər verir ki, bu barədə movqe.az-a sahibkarlar özləri məlumat verib. Məlumata görə, "Azərsu" ASC onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir".  
 
Sözügedən sayt xəbəri dəqiqləşdirmək üçün "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Anar Cəbrayıllı faktı təsdiqləyərək onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: " "Azərsu" ASC-ə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, "Azərsu" ASC-nin kanalizasiya lüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu" ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb".

Anar Cəbrayıllı bildirib ki, bu sahibkarların narazılığına səbəb olsa da, "Azərsu" ASC qanuna müvafiq addım atıb: "Həmin kommersiya obyektləri dövlətin streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi.  Hardakı qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər bizim işimizi çətinləşdirir, o kommersiya obyektlərinin sökülməsi üçün iddia qaldırılıb"

O ki, qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, "Azərsu" rəsmisi bunu belə şərh edib: "Biz məhkənə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq.  Streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol