• $
  • €
  • ₽
  • ₺
  • £

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi
02.11.2017 16:09
Azercell Telekom və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsi böyük həyəcanla başa çatdı.
 
Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Beləliklə, 50-dən artıq gənc proqramçının və 16 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli oldu:

1-ci yerin sahibi – "Crocusoft” komandası "Coupay” layihəsi ilə 1500 azn dəyərində hədiyyə qazandı. Layihə alış-veriş zamanı yığılan bonus məbləğlərini mobil telefon vasitəsilə istifadə etməyə imkan verir.  

2-ci yerin sahibi – "Conexus” komandası "Nova wallet” layihəsi ilə 750 azn dəyərində hədiyyə qazandı. Bu layihə bitcoin və valyutaları dəstəkləyən elektron pul qabıdır. 

3-cü yerin sahibi - "Meraki" komandası "Handy App” layihəsi ilə 450 azn dəyərində hədiyyə qazandı. Həmin layihə isə qrup şəklində insanlar arasında kartdan-karta  pul köçürülməsi əməliyyatlarının həyata keçirmək funksiyasını özündə cəmləmiş bir proqramdan ibarətdir.

Onu da qeyd edək ki, tədbirin Media dəstəyi  Barama Media və technote.az saytı tərəfindən təmin edilmişdi. 

Azercell Telekom-un Barama İnnovasiya Mərkəzi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə dəstək verəcək. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol