• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq" ASC-nin zərəri 31 mln. manatı ötüb

"Azərişıq" ASC-nin zərəri 31 mln. manatı ötüb
06.11.2017 13:00
2016-cı ilin dekabr ayının 31-i tarixinə "Azərişıq" ASC-nin aktivləri 2 mlrd. 374 mln. 19,676 min manat təşkil edib.
 
"APA-Economics" adıçəkilən dövlət müəssisənin balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi 2015-ci illə müqayisədə 17,07% artıb.
 
Aktivlərin 1 mlrd. 633,181 mln. manatı uzunmüddətli, 740,839 mln. manatı qısamüddətlidir. "Azərişıq" ASC-nin qısamüddətli debitor borcları 678,077 mln. manat təşkil edir. Maraqlıdır ki, dövlət müəssisinin şübhəli borclar üzrə 44,658 mln. manat məbləğində ehtiyatları var.
 
Hesabat dövründə "Azərişıq" ASC-nin öhdəlikləri 51,28% artaraq 996 mln. 301,603 min manata çatıb. Öhdəliklərin 815 mln. 370,545 min manatı uzunmüddətli, 180 mln. 931,059 min manatı isə qısamüddətlidir. Öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, ASC-nin 49 mln. 345,849 min manatlıq təxirə salınmış vergi öhdəliyi, 55 mln. 832,061 min manat məbləğində isə uzunmüddətli faiz xərci yaradan öhdəlikləri var. Qısamüddətli faiz xərci yaradan öhdəliklərin məbləği isə 15 mln. 645,701 min manatdır. Dövlət müəssisəsinin Dövlət Sosial Müdafiə Fondunun qarşısındakı öhdəliklərin məbləği 1 mln. 570,206 min manat təşkil edir. Qısamüddətli kreditor və sair borcların məbləği 112 mln. 981,568 min manata çatıb.
 
2016-cı ilin sonuna "Azərişıq" ASC-nin ümumi mənfəəti 76 mln. 831 min 619,72 manat təşkil edib. Belə ki, dövlət müəssisəsi satışdan 756 mln. 784 min 979,47 manat əldə etdiyi halda, satılmış məhsulun maya dəyərindən 679 mln. 953 min 359,75 manat zərərlə üzləşib.
 
Dövlət müəssisənin əməliyyat gəliri 19,306 mln. manat təşkil edib.

"Azərişıq" ASC 2016-cı ili 31 mln. 286 min 554,94 manat məbləğində zərərlə başa vurub. Qeyd edək ki, 2015-ci ilin sonuna müəssisənin zərəri 25 mln. 636 min 439,15 manat idi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol