• $
  • €
  • ₽
  • ₺
  • £

"Petkim" in məfəəti bəlli oldu

"Petkim" in məfəəti bəlli oldu
10.11.2017 10:52
SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci ilin 9 aylıq maliyyə göstəricilərini açıqlayıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, "Petkim" bu ilin yanvar-sentyabr aylarında 1 mlrd. 27,104 mln. türk lirəlik xalis mənfəətlə əldə edib. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında şirkətin xalis mənfəəti 1,99 dəfə artıb.

Şirkətin üçüncü rübdə xalis gəlirləri 372,040 mln. lirə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,69 dəfə çoxdur.

2016-cı ilin dekabrın 31-nə aktivləri 6 mlrd. 268,528 mln. lirə  təşkil edirdisə, 2017-ci ilin oktyabrın 1-nə bu göstərici 6 mlrd. 801,881 mlrd. lirəyədək artıb.

2016-cı ilin dekabrın 31-i ilə müqayisədə şirkətin qısamüddətli öhdəlikləri 45,29% artaraq, 2 mlrd. 611 mln. 56 min lirəyə, uzunmüddətli öhdəlikləri isə 2 dəfə azalaraq  698 mln. 105 min lirəyə çatıb. Bu ilin 9 ayında şirkətin cəmi öhdəlikləri 3 mlrd. 309 mln. 162 min lirəyə bərabər olub ki, bu da 2016-cı ilin dekabrın 31-də olan göstəricidən 3,43% çoxdur.

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol