• $
  • €
  • ₽
  • ₺
  • £

Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə

Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə
24.11.2017 17:57

 
Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə "Nar” yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim etdi. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Beləliklə, Gəncə şəhərindəki "Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazandılar.
 
Qeyd edək ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün Azərbaycanın müxtəlif bölgələrində yeni 3G və LTE baza stansiyaları quraşdırmaqla şəbəkənin təkmilləşdirilməsi işləri davam etdirilir. "Nar” Bakı şəhəri, Abşeron yarımadası və Gəncə şəhərində xidmət göstərən 4G baza stansiyaları ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 
 
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
 
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol