• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR İstiqrazları ilə ilk kredit götürüldü

SOCAR İstiqrazları ilə ilk kredit götürüldü
01.12.2017 23:01
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatı həyata keçirilib. SOCAR İstiqrazlarının marketmeykeri "PSG Kapital" şirkətinin məlumatına görə, bu Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına start veriləndən sonra həyata keçirilən ilk REPO əməliyyatıdır.

Bakı Fond Birjasında (BFB) həyata keçirilən REPO əməliyyatı nəticəsində SOCAR İstiqrazının sahibi olan şəxs 1,5 milyon dollar vəsait cəlb edib. Vəsait 7 gün müddətinə, illik 3,5% dərəcəsi ilə cəlb edilib.

Xatırladaq ki, SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına noyabrın əvvəlindən start verilib. SOCAR İstiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə bilərlər.

Bir qayda olaraq REPO əməliyyatı bir neçə gün davam edir. SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub. Yəni istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.


İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO "pəncərəsi" açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.

Amma müştərilərin ehtiyaclarından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və üç ayadək uzadıla bilər.
REPO əməliyyatlarında istənilən SOCAR İstiqrazı sahibi iştirak edə bilər. Onlar malik olduqları istiqrazları girov qoymaqla həmin istiqrazların dəyərinin 95%-i həcmində kredit götürə bilərlər. Bu əməliyyatlar xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol