• $
  • €
  • ₽
  • ₺
  • £

Bu günün hərracında 15 əmlak özəlləşdirilib

Bu günün hərracında 15 əmlak özəlləşdirilib
05.12.2017 18:17
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda müxtəlif əmlaklar üzrə sifarişlər elektron şəkildə daxil olub.

Komitədən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi üzrə daxil olan sifarişlərin 3-ü elektron olaraq qeydiyyatdan keçib. Həmçinin, paytaxtın Yasamal və Xəzər rayonundakı qeyri-yaşayış sahələri üçün də vətəndaşlar tərəfindən elektron olaraq sifariş edilib. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Bu gün keçirilən hərracda ümumilikdə 15 əmlak özəlləşdirilib. Rəqabətli keçən hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 14-ü isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Özəlləşdirilən istifadəsiz olan daşınmaz dövlət əmlaklarının hamısı Bakıda yerləşir.

Elektron sifariş verilərək hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nərimanov rayonunda yerləşir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 68 kv.m-dir. Əmlak hərracın gedişatı zamanı rəqabətli şəraitdə ilkin satış qiyməti 20 min manatdan yüksələrək 38 min 700 manata özəlləşdirilib. Rəqabətli formada özəlləşdirilən digər əmlak isə paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 113.4 kv.m olan qeyri-yaşayış sahəsi rəqabətli keçən hərrac prosesində ilkin satış qiyməti 12 min 500 manatdan yüksələrək 20 min 200 manata öz sahibini tapıb. Elektron hərrac xidməti vətəndaşa həm vaxtına qənaət etmə imkanı yaradır, həm də operativ olaraq xidmətdən istifadəni təmin edir.

Ən aşağı qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Yasamal rayonundakı qeyri-yaşayış sahəsi olub. Əmlak 3 min manata özəlləşdirilərək sahibini tapıb.

Bu dəfəki hərracda 1 səhmdar cəmiyyəti də özəlləşdirilib. Özəlləşdirilən səhmdar cəmiyyəti Ağsu rayonunda yerləşən "Ağsu Sənaye İnşaat” olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol