• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell şirkəti “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin uğurlu layihələrini nümayiş etdirir

Bakcell şirkəti “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin uğurlu layihələrini nümayiş etdirir
08.12.2017 11:52
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir. Bakcell şirkətinin "BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, "tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.


"Biz tam olaraq Azərbaycan developerləri tərəfindən yaradılmış bu innovativ mobil tətbiqləri və İT sahəsində digər yenilikləri "BakuTel-2017” sərgisində bizim stendimizi ziyarət edən qonaqlara nümayiş etdirməkdən qürur duyuruq. Bakcell şirkəti daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına çalışır ki, onların istedadlarını bütün dünyaya tanıtsın, onların öz ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələrini tapmalarına kömək etsin. Bizim AppLab akselerasiya və inkubasiya proqramımız fəaliyyətə başladığı vaxtdan aparat vasitələri və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını Bakcell şirkətinə təqdim edib şirkətdən dəstək ala bilirlər. Bizim məqsədimiz yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəmizi verməkdir. Və mən düşünürəm ki, bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.


Beləliklə, stendimizin ziyarətçiləri Azərbaycan developerlərinin yaratdığı aşağıdakı ən son innovasiyalarla tanış olmaq imkanına malik olacaqlar:


ARzoom – "tamamlanmış reallıq” (augmented reality) texnologiyasının əsasında layihələşdirilmiş yeni nəsil marketinq və reklam alətidir. Həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə oluna bilən bu çoxfunksiyalı platforma öz sadəliyi və geniş imkanları ilə istifadəçilərin karına gələ bilər. Bu platforma müştərilərə birbaşa çıxış imkanı verən "hədəfləmə” funksionallığına malikdir. Bu platformanı istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən bir tərzdə təqdim edə biləcəkdir. Tətbiq aşağıda göstərilən səhifələrdən yüklənilə bilər: https://play.google.com/store/apps/details?id=com.customar.arzoomhl=ru (Android üçün) və ya https://itunes.apple.com/us/app/arzoom/id1224738703 (iOS üçün) və daha ətraflı məlumat üçün: http://www.arzoom.co/


MoodMusic – bu, diqqəti sırf sizin əhval-ruhiyyənizə və şəxsi zövqünüzə uyğun olan musiqinin paylaşılması, təqib edilməsi və dinlənilməsi üzərində cəmləşdirən yeni bir sosial şəbəkə növüdür. Bu tətbiq istifadəçilərə musiqinin vasitəsilə öz hislərini və əhval-ruhiyyələrini paylaşmalarına


kömək edəcəkdir. Tətbiqi aşağıda göstərilən səhifədən yükləmək olar: https://play.google.com/store/apps/details?id=com.hndsfts.moodmusichl=ru


Cinemania.az – onlayn kinofilmlər üçün nəzərdə tutulmuş elektron platformadır. Bu, bütün Azərbaycan filmlərinin bir yerdə saxlandığı ilk platformadır. İstifadəçilər bu platformanın vasitəsilə asanlıqla Azərbaycan filmlərinə rus və ya azərbaycan dillərində subtitrlərlə pulsuz baxa bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə sevdikləri filmləri yaddaşda saxlaya, dostları ilə paylaşa və hətta öz şərhlərini qoya bilərlər. Daha ətraflı məlumat üçün: cinemania.az/


"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra və inkubasiya moduludur.
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
İqtisadiyyat 09:56
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol