• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsula gömrük rüsumu 10 dəfə artırılır

Bu məhsula gömrük rüsumu 10 dəfə artırılır
08.12.2017 18:47
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən açılmağa yararlı barama qurdunun baraması, eşilməmiş xam ipək, pərakəndə satış üçün qablaşdırılmamış ipək sapa tətbiq edilən gömrük idxal rüsumları artırılacaq.  

Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə  Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə qeyd edilib.  

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda açılmağa yararlı barama qurdunun baraması idxal gömrük rüsumundan azaddır, eşilməmiş xam ipəyə 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən açılmağa yararlı barama qurdunun baraması və eşilməmiş xam ipəyə 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq. İpək tullantılarından iplik istisna olmaqla, pərakəndə satış üçün qablaşdırılmamış ipək sapa tətbiq edilən 5 faiz idxal gömrük rüsumu da 15 faizə qaldırılır.  

Pərakəndə satış üçün qablaşdırılmamış ipək tullantılarından iplikdən ağardılmamış, yuyulmuş və ya ağardılmış ipliklərə tətbiq edilən 5 faiz idxal gömrük rüsumu gələn il də qüvvədə olacaq. Ancaq pərakəndə satış üçün qablaşdırılmamış ipək tullantılarından digər ipliklərə tətbiq edilən 5 faiz idxal gömrük rüsumu 15 faizə qaldırılacaq.

Pərakəndə satış üçün qablaşdırılmış ipək sap və ipək tullantılarından iplik və barama qurdunun ipək ifraz edən vəzilərindən alınan lifə və ipək tullantılarına (açılmaq üçün yararsız barama, barama sapının tullantıları və didilmiş xammal da daxil olmaqla) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol