• $
  • €
  • ₽
  • ₺
  • £

AtaBank "Uğur-2017" Milli mükafatına layiq görülüb

AtaBank "Uğur-2017" Milli mükafatına layiq görülüb
13.12.2017 14:26

08.12.2017-ci il tarixində Rixos Quba Azerbaijan otelində baş tutan mərasimdə "Consulting and Business" jurnalı ənənəvi "Uğur-2017" Milli mükafatının təqdimetmə mərasimini keçirib. 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.

Mərasimdə çıxış edən bankın İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bu nəaliyyətin arxasında bank kollektivinin zəhmətinin durduğunu qeyd edib: "Son illərdə Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişaf, aparılan məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Müasir bazar iqtisadiyyatı şəraitində bankların iqtisadiyyatın ayrı –ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinədə şərait yaradır. İqtisadiyyatımızın inkişafında AtaBank-ın da rolunun olması bizi sevindirir.


AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb və yüksək nəticələr əldə edib. Hazırda 25 filial və 6 şöbəyə malik bankımız bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bu gün bu mükafata layiq görülməyimiz hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur!”.

Xatırladaq ki, "Uğur” mükafatı "AtaBank”-a sayca artıq üçüncü dəfə təqdim edilir. 2004-cü ildə bank "Etimad Bankı”, 2010-cu ildə isə "Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə” nominasiyalarında bu mükafata layiq görülmüşdür.

Mükafatın təqdim edilməsi münasibətilə Etibar Babaşlı qeyd edib ki, AtaBank gələcəkdə də bu xəttə sadiq qalacaq və müştərilərinə daim yeni bank xidmətləri və məhsulları təqdim edəcək.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol