• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır
13.12.2017 17:24
"Həftəsonu fürsəti” kampaniyası "Nar” abunəçilərinə şənbə və bazar günləri öz aralarında pulsuz danışmaq imkanı yaradır. Bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir; sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşula bilərsiniz. "Nar” abunəçisi həftə içi günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 AZN sərf etdiyi təqdirdə, "Həftəsonu fürsəti” kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə ərzində davam edəcək və dekabr ayının 24-ü kampaniyaya son veriləcək.

Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq, "Həftəsonu fürsəti” kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur. Qeyd edək ki, telefonunuz 3G texnologiyasını dəstəklədiyi təqdirdə, siz həm də "HD voice” texnologiyasından faydalana bilərsiniz. Bir müddət öncə "Nar” şəbəkəsində tətbiq olunmağa başlayan "HD voice” texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini təmin edir.

"Həftəsonu fürsəti” kampaniyası haqqında bütün məlumatı "Nar”.az/heftesonu-furseti səhifəsindən əldə edə bilərsiniz.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol