• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil bazarında qiymət artımı davam edir

Avtomobil bazarında qiymət artımı davam edir
14.12.2017 16:43
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.

Anews.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd və ya 2,04 dəfə artıb. Avtomobil idxalının artması bazardakı qiymətlərə necə təsir edib? 

Ramil Osmanlı Anews.az-a açıqlamasında bildirdi ki, avtomobil idxalının artımı qiymətlərin yüksəlməsinin qarşısını almır: "Avtomobil bazarında qiymət artımı davam edir. Bu, həm ilkin, həm də ikinci əl avtomobil bazarı üçün xarakterikdir. Bunun da səbəbi təklifin tələbi ödəməməsidir. Əvvəllər qiymət artımları maliyyə bazarlarında baş verən proseslərlə, yəni dolların dəyərinin yüksəlməsi ilə bağlı idisə, artıq səbəb dəyişib”.

R.Osmanlı vurğuladı ki, dolların manata nisbətdə güclənməsi, makroiqtisadi göstəricilərin zəifləməsi bazara pul axınını azaltdı: "İdxal kəskin şəkildə azaldı. 2015-2016-ci illlərin göstəricilərinə nəzər salsaq, görərik ki, avtomobil idxalı azalıb. Hazırda ucuz və qiyməti əlçatan avtomobillərə tələb böyükdür. Bu da qiymət artımına gətirib çıxarır”. 

Məlum oldu ki, hazırda bazarda avtomobillər 2000 manatdan başlayaraq 300 min manata qədər qiymətlərlə təklif edilir. 

R.Osmanlı avtomobil salonlarının vəziyyətində dəyişikliyin olmadığını dedi: "İlkin avtomobil bazarında vəziyyət mürəkkəbdir. Avtomobillərə kredit ayrılması məhdudlaşdırılıb". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol