• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramqabağı bu məhsullar bahalaşacaq - PROQNOZ

Bayramqabağı bu məhsullar bahalaşacaq - PROQNOZ
18.12.2017 22:44
Qarşıdan Yeni il bayramı gəlir. Hər il olduğu kimi, bu il də əsas qida məhsullarının bahalaşması gözləniləndir.
 
Artıq noyabr ayında oktyabr ayı ilə müqayisədə bəzi məhsulların - kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım qeydə alınıb. Dekabrda da prosesin davam edəcəyi istisna edilmir. Maraqlıdır, bayramqabağı hansı məhsullar satıcıların spekulyativ qiymət artımına uğrayacaq? 

Nəzərə çatdıraq ki, artıq bayramın əsas təamı hinduşka ətinin kiloqramı 3-4 manat arasında bahalaşıb. Hinduşkanın kiloqramı hazırda 10-12 manat arasında dəyişir. 

Satıcılarla söhbət əsasında öyrəndik ki, proses yumurtanın qiyməti ilə başlayıb. Yumurta 14 qəpikdən 15 qəpiyə yüksəlib. Qənnadı məhsullarının - konfetin qiymətində artım baş verib. Xüsusilə, Rusiya istehsalı olan  qənnadı məhsulları bu aydan bazara 1 manat baha qiymətə çıxarılıb. O da məlum oldu ki, bu artım davam edəcək. 

Öyrəndik ki, düyünün, yağın, toyuq və mal, qoyun ətinin, meyvənin qiymətində artımlar gözlənilir. Satıcıların sözlərinə görə, bu səbəbdən bəzi istehlakçılar bayram tədarükünə indidən başlayıblar. Beləliklə, bayram ərəfəsi dəyərinin yüksəlməsi gözlənilən məhsullar aşağıdalılardır.

Düyü

Çərəz

Meyvə-tərəvəz

Ət və ət məhsulları 

Balıq

Süd və süd məhsulları 

Qənnadı məmulatları.

İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki, istehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır: "Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda, 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını, əsasən, 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan mallar keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də, bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq, istehsalçıların onları satışa çıxarmamasıdır".

Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol