• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell və Böyük Britaniya Səfirliyinin dəstəyilə British Council tərəfindən “Əlilliyi olan Şəxslər İş Dünyasında” adlı konfrans təşkil edilib

Bakcell  və Böyük Britaniya Səfirliyinin dəstəyilə British Council tərəfindən “Əlilliyi olan Şəxslər İş Dünyasında” adlı konfrans təşkil edilib
19.12.2017 21:28

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə British Council tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına həsr olunmuş konfrans keçirilib.

19 dekabr, 2017-ci il tarixində təşkil edilmiş konfransda qeyd olunan sahə üzrə fəaliyyət göstərən qərarverici şəxslər, işəgötürənlər, biznes şirkətləri, Əmək və Sosial Müdafiə Nazirliyi, dövlət məşğulluq mərkəzləri və digər maraqlı tərəflərin nümayəndələri bir araya gələrək bu mövzu barədə yerli və beynəlxalq təcrübəyə əsaslanan təqdimatları dinləyib və müzakirələrdə iştirak edib. Tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə yönəldilib və bu istiqamətdə məlumatlılığın və Azərbaycanda yaşayan əlillərin iş imkanlarının artırılması üçün zəruri addımların atılması müzakirə edilib.

Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert Mark Qrey əlilliyi olan insanların əmək bazarına inteqrasiyası üzrə öz ölkəsinin  təcrübəsi haqqında danışıb.

"Həyata keçirdiyimiz "Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqraminın əsas istiqamətlərindən biri əlilliyi uşaqların və gənclərin təhsili  və işə hazırlıq və məşğulluq imkanlarının artırılmasıdır. Bakcell  hər zaman ölkəmizin müxtəlif bölgələrində yaşayan fiziki və emosional qüsuru olan uşaqların və onların ailələrin yanındadır və biz onların cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olması üçün əlimizdən gələni edirik” deyə, Bakcell şirkətinin PR  və Korporativ Kommunikasiyalar departamentinin  rəhbəri Süheyla Cəfərova bildirib.

"”British Council”in fəaliyyəti müxtəlif mədəniyyətlər arasında mənalı, davamlı və hörmətli münasibətlərin yaradılmasına yönəlib. Biz bu məqsədimizə yalnız hər bir fəaliyyətimizdə müxtəlifliyə dəyər vermək,  bərabərliyi və inkluzivliyi təbliğ etmək yolu ilə  nail ola bilərik. Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılmasına dair Proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamət üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək”, deyə British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt bildirib.
 

Azərbaycanın ən iri şirkətlərindən biri olan Bakcell şirkəti ölkənin məsuliyyətli korporativ vətəndaşı funksiyasını  böyük qürurla həyata keçirməkdədir. Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Bakcell şirkəti tanınmış xeyriyyə cəmiyyətləri və təşkilatları ilə birgə fəaliyyət göstərərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək verilməsinə və onların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə görə dəfələrlə mükafatlara layiq görülüb. Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müsahibə bacarıqları, CV yazılması, karyeranın inkişafı, mühasibatlıq və s. mövzularda təlimlərin təşkil edilməsinə fəal şəkildə dəstək göstərir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol