• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni” QSC-nin strukturu dəyişib

“Bakı Metropoliteni” QSC-nin strukturu dəyişib
20.12.2017 11:00
Nazirlər Kabineti "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarda dəyişikliklər edib.

AzVision.az-ın məlumatına görə, "Bakı Metropoliteni”nin nizamnamə kapitalı artırılıb, həmçinin QSC-nin strukturu dəyişdirilib.

Hazırda "Bakı Metropoliteni” QSC-nin strukturu "Bakı Metropoliteni” QSC-nin aparatı, "Bakı Metropoliteni” QSC-nin törəmə müəssisələri olan 1, 2 və 3 saylı Tunel Tikinti idarələri, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, "Bakımetrolayihə” İnstitutu, Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi və "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, Avtomotonəqliyyat Xidməti və "Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzindən ibarətdir.

Dəyişikliyə əsasən Bakı Metropoliteni” QSC-nin strukturu "Bakı Metropoliteni” QSC-nin Aparatı, "Bakı Metropoliteni” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar olan Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə İş Departamenti, Birləşmiş emalatxanalar, Diaqnostika və Metroloji Təminat Mərkəzi, Eskalator Xidməti, Nəqliyyat və Xüsusi Texnika Departamenti, Tikinti Departamenti, Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamenti, Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti, Yaşıllaşdırma və Vaqonların Təmizlik Təsərrüfatı Xidməti, İnformasiya və Kommunikasiya Texnologiyaları Xidməti, "Bakı Metropoliteni” QSC-nin Sağlamlıq Mərkəzi və Vaqonların Əsaslı Təmir Xidmətindən ibarət olacaq.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasıvə "Bakı Metropoliteni” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol