• $
  • €
  • ₽
  • ₺
  • £

AYİB Azərbaycanda ilk dəfə manatla kredit verdi

AYİB Azərbaycanda ilk dəfə manatla kredit verdi
21.12.2017 12:31
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin aparıcı istehsalçısı, habelə polad boru, boru kəmər elementləri və metal prokatı üzrə aparıcı treyderi olan METAK şirkətinə yerli valyutada ilk korporativ krediti ayırıb.

8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq. 1997-ci ildə ticarət şirkəti kimi təsis edilən METAK, uzun illər ərzində uğurlu istehsala imza atmış və Azərbaycanda metal və plastik boruların istehsalı üzrə öndə gedən şirkətlərindən birinə çevrilmişdir.

AYİB-in ayırdığı kredit artmaqda olan bazar tələblərinə uyğun olaraq METAKIN fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. İnvestisiya şirkətin mövqeyini gücləndirəcək və rəqabət qabiliyyətini artmasına səbəb olacaq. METAK yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt və Balaxanı şəhərlərində genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır.

Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Milli Bank arasında AYİB-in yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı imzalanmış Anlaşma Memorandumundan bəri ilk sövdələşmədir.

AYİB-in Azərbaycandakı rəhbəri Ivana Fernandes Duartenin sözlərinə görə: "Biz Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməyimizdən çox məmnunuq. AYİB özünün uzun müddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcəkdir”.

AYİB Azərbaycanda aparıcı institusional investordur. Ölkədə fəaliyyətə başlamasından bu günə qədər Bank maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 milyard ABŞ dolları məbləğində sərmayə yatırmışdır ki, bu da özəl sektora qoyulan investisiyanın 58 faizini təşkil edir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol