• $
  • €
  • ₽
  • ₺
  • £

“Təlim məktəbi” layihəsinin iştirakçılarına sertifikat verildi

“Təlim məktəbi” layihəsinin  iştirakçılarına sertifikat verildi
26.12.2017 12:13
Bölgələrdə "Təlim məktəbi” layihəsi "Nar” tərəfindən təşkil edilmiş və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş bir layihədir. 26 avqust 2017-ci il tarixdə Zaqatalada start verilmiş bölgələrdə "Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən həyata keçirilib. Layihə çərçivəsində iki həftə ərzində üç istiqamət – dərzilik, aşpazlıq və smartfon təmiri üzrə peşə təlimləri keçirilib. Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilmiş layihə rayon icra hakimiyyətləri və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzləri tərəfindən dəstəklənib.

Bölgələrdə "Təlim məktəbi” layihəsinin növbəti mərhələsi 13 oktyabr 2017-ci il tarixdə Göygöl rayonunda start götürüb. İki həftə davam etmiş ikinci mərhələdə də nitq və eşitmə məhdudiyyətli gənclər psixoloji təlimlərlə yanaşı, peşə təlimlərində iştirak edərək dərzilik, saç ustalığı və smartfon təmiri üzrə ixtisaslaşıblar.

Bütün layihə iştirakçıları təlimləri uğurla başa vuraraq müvafiq sertifikatlarla təmin ediliblər. Heç şübhəsiz ki, bu uğur niitq və eşitmə məhdudiyyətli gənclərin məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcəkdir.     

Qeyd edək ki, "Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdi.  "Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihə "Uğur akademiyası”nın dəstəyi ilə reallaşdırılır.

Artıq 3 ildən çoxdur ki, "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, ünsiyyət məhdudiyyətli vətəndaşlar hazırda "Nar”-ın əməkdaşları olaraq fəaliyyət göstərirlər. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və  bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

"Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol